Moldova Aİ-yə üzvlüklə bağlı Avropa Komissiyasının anketinə cavabı təqdim edib.
APA xəbər verir ki, bu barədə Moldova Prezidenti Maya Sandu "Twitter"də bildirib.
"Bu gün Moldova Aİ-yə üzvlük üçün 1-ci sorğu vərəqini Aİ səfiri Janis Mazeiksə təqdim etdi. Biz Aİ-yə daxil olmaq istəyimizə bir addım daha yaxınlaşdıq. Moldovanın daha yaxşı, təhlükəsiz və firavan gələcəyinə üçün şans vermək üçün üzərimizə düşən işi tez və səylə etməyə hazırıq", Moldova Prezidenti qeyd edib.