Moldova hakimiyyəti ölkədə fövqəladə vəziyyətin müddətini Ukraynadakı münaqişə bitənə qədər uzadacaq.
APA TASS-a istinadən xəbər verir ki, bunu hakim Fəaliyyət və Həmrəylik Partiyasını üzvü, parlamentin Milli Təhlükəsizlik, Müdafiə və İctimai Asayiş Komissiyasının sədri Lilian Karp deyib.
Moldova parlamenti fövqəladə vəziyyət rejimini 2022-ci il fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayan zaman tətbiq edib, sonra bu müddət bir neçə dəfə uzadılıb. Ssonuncu dəfə hökumət deputatlara onun daha 30 gün uzadılmasını təklif edib.