Bank Of Baku

Moldovada prezident seçkiləri və Aİ üzvlüyünə dair referendumla bağlı səsvermə keçirilir - YENİLƏNİB

Moldovada prezident seçkiləri və Aİ üzvlüyünə dair referendumla bağlı səsvermə keçirilir - YENİLƏNİB
# 20 oktyabr 2024 09:26 (UTC +04:00)

Moldovada prezident seçkiləri və Avropa İttifaqına üzvlüyə dair Konstitusiya referendumu ilə bağlı səsvermə keçirilir.

APA ölkənin MSK-nın açıqlamasına görə xəbər verir ki, prezident seçkiləri yarışında prezidentliyə 11 namizəd mübarizə aparır. Bundan başqa seçicilər “Moldova Respublikasının Avropa İttifaqına üzv olması üçün Konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarısınızmı?” sualına da cavab verəcəklər.

***

01:27

Moldovada prezident seçkiləri keçiriləcək.

APA xəbər verir ki, bu il ən yüksək post uğrunda ümumilikdə 11 namizəd mübarizə aparacaq.

Bütün namizədlər yaşayış şəraitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə və mühacirətin sürətini azaltmaq üçün geniş proqramlar təqdim ediblər.

Lakin Moldovada siyasətçilərin adətən bölündüyü əsas meyar onların xarici siyasətlə bağlı mövqeyidir.

Buradakı sağçı siyasi cəbhəyə Sandu və bu gün ölkədə hakimiyyətə nəzarət edən digər qərbyönlü siyasətçilər daxildir.

Sol cəbhədə isə Rusiya, MDB və Avrasiya İqtisadi İttifaqı ölkələri ilə əməkdaşlığın intensivləşdirilməsinin tərəfdarı olan siyasətçilər var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR