Bank Of Baku

Müharibə zamanı Mariupolda 5 minə yaxın insan ölüb

Müharibə zamanı Mariupolda 5 minə yaxın insan ölüb
# 28 mart 2022 22:43 (UTC +04:00)

Ukraynada müharibə başlayandan martın 27-nə qədər Mariupolda 5 minə yaxın insan ölüb.

APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə şəhərin meri Vadim Boyçenko verib.

Onun sözlərinə görə ölənlərdən 210-u uşaqdır.

Onun sözlərinə görə, şəhər 27 gündür mühasirədədir.

Çoxmərtəbəli yaşayış binalarından 2340-ı zədələnib ki, bu da ümumi binaların 90 faizi edir. Onlardan 40 faizi isə tamamilə dağılıb.

Onun sözlərinə görə, 7 xəstəxanadan 3-ü tamam dağılıb. Müharibədə 3 doğum evi, 7 universitet, 57 məktəb, 70 uşaq bağçası zərər görüb.

Həmçinin şəhərdə iki fabrik, liman və hərbi hissəyə ziyan dəyib.

“Hazırda 170 minə yaxın vətəndaş mühasirədədir, 30 min nəfər təxliyə edilib”, - deyə mer əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR