Bank Of Baku

NATO Baş katibi Berluskoninin Zelenskini günanlandırmasına münasibət bildirib

Silvio Berluskoni

© APA | Silvio Berluskoni

# 13 fevral 2023 17:18 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin Ukrayna-Rusiya müharibəsi ilə bağlı fikrinə münasibət bildirib.

APA xəbər verir ki, Yens Stoltenberq təşkilatın müdafiə nazirlərinin sabah keçiriləcək iclasından əvvəl keçirdiyi brifinqdə deyib ki, İtaliyanın yeni Baş naziri Girogia Meloninin mesajı aydındır.

“Mən İtaliya Baş naziri Girogia Meloni postuna yeni seçildikdən sonra görüşdüm. Onun mesajı aydın idi. Mən həmçinin İtaliyanın xarici işlər naziri, müdafiə naziri ilə görüşlər keçirmişəm. Müdafiə naziri sabah da görüşdə iştirak edəcək. İtaliya hökumətinin mesajı Ukraynaya mütləq dəstəkdir. İtaliya NATO-nun Ukraynaya müdafiə yardımını dəstəkləyir. İtaliya indiyədək Ukraynaya əhəmiyyətli müdafiə yardımı göndərib. Təbii ki, digər müttəfiqlərimizdən gözlədiyimiz kimi, İtaliyanın da daha çox dəstək göndərməsini istərdik”, - Stoltenberq vurğulayıb.

O, həmçinin İtaliya və Fransanın Ukraynaya havadan müdafiə sisteminin göndərilməsi üzərində işlədiyini xatırladaraq bunu təqdir etdiyini deyib.

“Mən tam əminəm ki, İtaliya Ukraynaya güclü dəstək verməyə davam edəcək. Çünki İtaliya da digər müttəfiqlər kimi anlayır ki, bu həm də bizim təhlükəsizlik məsələmizdir. Əgər Putin qalib gələrsə, bu Ukrayna üçün ağır olacaq, ancaq bizim üçün də çox təhlükəli olacaq”.

Xatırladaq ki, Berluskoni Ukrayna-Rusiya müharibəsində Prezident Vladimir Zelenskini günahlandırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR