Bank Of Baku

NATO Baş katibi Ukrayna XİN rəhbəri ilə görüşəcək

Dmitri Kuleba, Yens Stoltenberq

© APA | Dmitri Kuleba, Yens Stoltenberq

# 05 yanvar 2022 13:07 (UTC +04:00)

NATO Baş katibi Yens Stoltenberq Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək.

APA-nın xəbərinə görə, bu barədə NATO Baş katibinin sözçüsü Oana Luncesku məlumat yayıb.

O bildirib ki, Yens Stoltenberq yanvarın 10-da NATO-nun Baş Qərargahında Ukrayna XİN rəhbərini qəbul edəcək. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Nazir Kuleba NATO baş katibinin sədrliyi ilə keçirilən NATO-Ukrayna Komissiyasının (NUC) iclasında iştirak edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR