NATO Moldova MN-ə 700 min avroluq hərbi tibbi avadanlıq tədarük edib

NATO Moldova MN-ə 700 min avroluq hərbi tibbi avadanlıq tədarük edib
# 25 aprel 2024 18:59 (UTC +04:00)

NATO Moldova Respublikasının Müdafiə Nazirliyinə 700 min avro dəyərində hərbi tibbi avadanlıq tədarük edib.

APA NATO-nun saytına istinadən xəbər verir ki, bu tədarük Moldova üçün NATO-nun Müdafiə Potensialının Gücləndirilməsi Paketi çərçivəsində reallaşıb.

Bu, Almaniya, İtaliya, Lüksemburq, Türkiyə və Böyük Britaniyanın töhfələri hesabına maliyyələşdirilib və NATO-nun Dəstək və Satınalma Agentliyi (NSPA) tərəfindən həyata keçirilib.

“Bu gün tədarük etdiyimiz avadanlıq Moldova ordusunun həm təlim keçməsini, həm də Moldova Quru Qoşunlarının tibbi imkanlarının inkişafını dəstəkləyərək daha operativ fəaliyyət göstərməsinə imkan verəcək. Bu çatdırılma NATO-nun öz dəyərli tərəfdaşına – Moldova Respublikasına müdafiə potensialının gücləndirilməsi çərçivəsində necə kömək etməsinin konkret nümunəsidir. Bu, həm də indiyədək ən böyük tədarükdür və NATO qarşıdakı illərdə daha çox tədarük edəcək”, - NATO-nun Əməliyyatlar Bölməsinin Müdafiə və Təhlükəsizlik üzrə Əməkdaşlıq Direktorluğunun rəhbəri Piers Kazalet bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR