NATO müdafiə nazirləri müdafiə xərclərinin artırılmasını müzakirə edəcəklər.
APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq təşkilatın müdafiə nazirlərinin sabah keçiriləcək iclasından əvvəl keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, nazirlər NATO-nun müdafiə planlaması üçün yeni ambisiyalar razılaşdıracaqlar və müdafiə sənayesi potensialının artırılması və ehtiyatların artırılması yollarını müzakirə edəcəklər.
"Onlar həmçinin kritik sualtı infrastrukturun mühafizəsini artırmaq üçün addımların atılmasını və alyans daxilində müdafiə xərclərinin artırmaq yollarını müzakirə edəcəklər.
Silah-sursat istehsalında əhəmiyyətli artıma sahib olmaq üçün ölkələrin investisiya qoyması, yeni planlar hazırlanması lazımdır", - Stoltenberq vurğulayıb.