NATO-nun Avropada nüvə silahlarının yerini dəyişmək planı yoxdur

NATO-nun Avropada nüvə silahlarının yerini dəyişmək planı yoxdur
# 01 oktyabr 2023 15:42 (UTC +04:00)

NATO-nun hazırda Avropada nüvə silahlarının yerini dəyişmək planı yoxdur.

APA xəbər verir ki, bu barədə alyansın Nüvə Siyasəti Direktorluğunun rəhbəri Cessika Koks Finlandiyanın İlta-Sanomat qəzetinə müsahibəsində bildirib.

"Bilirəm ki, mediada bu barədə çox danışılır, lakin məncə, ABŞ-ın Avropada malik olduğu nüvə silahları yaxşı yerdədir. Onların yerini dəyişmək üçün heç bir səbəb yoxdur", - Koks müsahibəsində deyib. Onun sözlərinə görə, yaxın gələcəkdə Avropada nüvə silahlarının yerləşdirilməsi ilə bağlı hər hansı dəyişiklik gözlənilmir.

Koks vurğulayıb ki, yeni ölkələrdə nüvə silahlarının yerləşdirilməsi riskləri alyans səviyyəsində qiymətləndirilməlidir. “Əgər alyansın üzvü nüvə missiyasında iştirak etmək istəyirsə, bu, NATO çərçivəsində rəsmi şəkildə müzakirə olunmalıdır ki, bu ölkənin iştirakı nüvə silahı sahəsində bizim mövqelərimizi gücləndirib-gücləndirəcəkmi və bunun hər hansı əlavə risklər daşıyırmı?” – o, qeyd edib.

NATO-nun Nüvə Siyasəti Direktorluğunun rəhbəri həmçinin bildirib ki, alyans nüvə silahından istifadə ehtimalından narahatdır, lakin hazırda bunun üçün heç bir ilkin şərt görmür. "Nüvə silahının 70 ildən sonra ilk dəfə istifadə ediləcəyini düşünmək çox təhlükəli ssenaridir. Biz bu ssenaridən daim narahatıq. Amma hazırda bu istiqamətdə inkişaf görmürük", - Koks bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR