Bank Of Baku

NATO ölkələri Ukraynaya azı 8 milyard dollar yardım edib

NATO ölkələri Ukraynaya azı 8 milyard dollar yardım edib
# 28 aprel 2022 12:23 (UTC +04:00)

NATO-ya üzv ölkələr Ukraynaya azı 8 milyard dollar dəyərində yardım göstərib.

APA xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Avropa Parlamentinin Prezidenti ilə keçirdiyi mətbuat konfransında deyib.

O vurğulayıb ki, Ukraynanın qəddarcasına işğalı Avropada NATO-ya və Aİ-yə üzv olmayan ölkələrə dəstək vermək zərurətini ortaya çıxarıb: “Məsələn, Gürcüstan və Moldova kimi ölkələr. Söhbət əməli və siyasi dəstəkdən gedir. Biz Avropanın şərq hissəsindəki yaxın tərəfdaşlarımızla daha da sıx işləmək üçün nə edə biləcəyimizi araşdırırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR