Bank Of Baku

NATO Rusiya sərhədləri yaxınlığında yeni qərargah açıb

NATO Rusiya sərhədləri yaxınlığında yeni qərargah açıb
# 01 sentyabr 2025 21:24 (UTC +04:00)

Sentyabrın 1-dən Finlandiyanın Mikkeli şəhərində NATO-nun quru komandanlığının regional qərargahı fəaliyyətə başlayıb.

APA xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.

Şəhər Rusiya sərhədindən cəmi 140 km, Sankt-Peterburqdan isə 304 km məsafədə yerləşir.

İlkin mərhələdə qərargahda 10-a yaxın mütəxəssis çalışacaq, lakin yaxın illərdə onların sayının 50-yə çatdırılması planlaşdırılır.

Komandanlıq heyəti NATO-ya üzv ölkələrin, o cümlədən Finlandiya nümayəndələrindən formalaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR