Rusiyaya məxsus təyyarə və pilotsuz uçuş aparatlarının NATO hava məkanına daxil olduğu hallarda onların vurulması ilə bağlı yeni qaydalar Alyans daxilində müzakirə olunan mövzulardan biridir.
APA xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken NATO-nun qərargahında jurnalistlərlə söhbəti zamanı bildirib.
O qeyd edib ki, bəzi ölkələrin öz daxili qaydaları var, lakin Belçikanın belə qaydaları yoxdur və ölkə tam şəkildə NATO sisteminə inteqrasiya olunub:
“Beləliklə, bizdə qərarı NATO zabiti verir. Amma bəzi ölkələrin öz qaydaları var — məsələn, Polşanın və bir çox başqalarının. Bu həm də suverenlik məsələsidir, ona görə də müzakirə asan deyil”, - nazir əlavə edib.