Ukrayna və Rusiya arasında sülh danışıqlarına ev sahibliyi etdiyi üçün Türkiyəyə təşəkkür edirəm.
APA-nın Türkiyə müxbirinin “Hürriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə NATO baş katibi Yens Stoltenberq deyib.
O, həmçinin, qeyd edib ki, rus qoşunları Ukrayna ərazisindən geri çəkilmir, sadəcə mövqelərini dəyişir: “Rusiya Ukraynanın şərqindəki Donbass bölgəsində öz hücumunu yenidən qruplaşdırmağa, genişləndirməyə və gücləndirməyə çalışır”.