Bank Of Baku

NATO xüsusi nümayəndəsi Gürcüstanda apardığı müzakirələrin mövzusunu açıqlayıb

NATO xüsusi nümayəndəsi Gürcüstanda apardığı müzakirələrin mövzusunu açıqlayıb
# 25 may 2023 11:04 (UTC +04:00)

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina Gürcüstana səfəri çərçivəsində Prezident Salome Zurabişvili, parlament sədri Şalva Papuaşvili, xarici işlər naziri İliya Darçiaşvili, müdafiə naziri Cuanşer Burçuladze və müxalifət partiyalarının nümayəndələri ilə görüşüb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Kolomina Tvitter səhifəsində paylaşım edib.

O qeyd edib ki, keçirdiyi görüşlərdə NATO-Gürcüstan əməkdaşlığını, Vilnüs sammitini, islahatlar, demokratik standartlar və Ukraynanın dəstəklənməsi istiqamətindəki səylərin iki dəfə artırılmasını müzakirə edib. Kolomina qeyd edib ki, NATO Gürcüstana və onun Avroatlantik istəklərinə sadiqdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR