Bank Of Baku

NATO zəlzələdə evlərini itirənlər üçün Türkiyədə müvəqqəti sığınacaqlar yerləşdirəcək

NATO zəlzələdə evlərini itirənlər üçün Türkiyədə müvəqqəti sığınacaqlar yerləşdirəcək
# 10 fevral 2023 16:17 (UTC +04:00)

NATO dağıdıcı zəlzələ nəticəsində evlərini itirmiş insanların yerləşdirilməsinə kömək etmək üçün Türkiyəyə tam təchiz olunmuş yarıdaimi sığınacaq obyektləri yerləşdirmək barədə razılığa gəliblər. NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, general Kristofer Kavoli prosesə rəhbərlik edəcək.

APA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Baş katib Yens Stoltenberq qərarı alqışlayıb.

“NATO müttəfiqimiz Türkiyə ilə güclü həmrəylik nümayiş etdirir və bu sığınacaq obyektlərinin yerləşdirilməsi insanların həyatını xilas etməyə kömək edəcək. NATO müttəfiqləri və tərəfdaşları yardım səylərinə əsaslı dəstək verir və biz, ehtiyacı olanlara kömək etmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”, - Baş katib vurğulayıb.

Qeyd edək ki, sığınacaqlar adətən NATO tərəfindən təlimlər və əməliyyatlar üçün yerləşdirilə bilən qərargah kompleksi kimi istifadə olunur. Onlar istilik, elektrik generatorları və müalicə sahələri daxil olmaqla bir sıra şəraitlə təchiz oluna bilər.

Bildirilib ki, alyansın hərbi səlahiyyətliləri hazırda ən yaxşı logistika və nəqliyyat variantlarını və yerləşdirmə müddətinin araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR