Bank Of Baku

Nazir: Trans-Xəzər və Qafqaz Yaşıl Enerji Dəhlizi layihəsi Gürcüstan və Avropanın enerji müstəqilliyi üçün vacibdir

Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili

© APA | Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili

# 12 noyabr 2024 15:52 (UTC +04:00)

Trans-Xəzər və Qafqaz Yaşıl Enerji Dəhlizi layihəsi Gürcüstan və Avropanın enerji müstəqilliyi üçün vacibdir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib. O, Gürcüstanın layihədə aktiv şəkildə iştirak etdiyini əlavə edib.

Davitaşvili vurğulayıb ki, layhənin COP29 çərçivəsində təqdimatı simvolik əhəmiyyəti var.

"Bu gün dünyada iqlim dəyişikliyinin yumşaldılması istiqamətində mövcud olan gündəm yaşıl enerji siyasəti ilə sıx bağlıdır, çünki biz başa düşürük ki, iqlim dəyişikliyində rol oynayan amillərdən biri dünyada enerji sektorudur. Gürcüstanın timsalında, iqlim dəyişikliyinə səbəbin 60 faizindən çoxu enerji sektoru ilə bağlıdır, buna görə də qlobal gündəmdə istixana qazlarının azaldılması məsələsinin reallaşdırılması çox vacibdir. Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstanın birgə həyata keçirdiyi enerji layihəsi də bu baxımdan vacibdir", - Levan Davitaşvili qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR