Bank Of Baku

Ermənistan Prezidenti ölkənin Baş Qərargah rəisinin müavinini vəzifəsindən azad edib

Ermənistan Prezidenti ölkənin Baş Qərargah rəisinin müavinini vəzifəsindən azad edib
# 26 noyabr 2026 22:41 (UTC +04:00)

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Karen Qriqoryanı vəzifəsindən azad edib.

APA xəbər verir ki, müvafiq fərman Ermənistan Prezidentinin rəsmi saytında dərc olunub.

Qərar Baş nazirin təklifi əsasında Ermənistan Konstitusiyasının və “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun müvafiq maddələrinə uyğun olaraq qəbul edilib.

Qriqoryanın vəzifəsindən azad edilməsinin səbəbləri açıqlanmayıb.

Qeyd edək ki, Karen Qriqoryan 2024-cü il fevralın 14-dən sözügedən vəzifəni tutub. O, bundan əvvəl mühəndis qoşunlarına kuratorluq edib və Ermənistanın müdafiə xəttinin möhkəmləndirilməsi ilə məşğul olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR