Bank Of Baku

Niderland Ukraynaya "F-16"lardan Rusiya ərazisinə zərbə endirməyə icazə verib

Niderland Ukraynaya "F-16"lardan Rusiya ərazisinə zərbə endirməyə icazə verib
# 17 oktyabr 2024 15:13 (UTC +04:00)

Niderland Ukraynaya tədarük edilən “F-16” qırıcılarından Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirməyə icazə verib.

APA-nın “ukrinform”a istinadən xəbərinə görə, bu açıqlamanı Niderlandın müdafiə naziri Ruben Brekelmans verib.

O bildirib ki, bu qərar beynəlxalq hüququn prinsipləri nəzərə alınmaqla verilib:

“Biz hər zaman Ukraynanın beynəlxalq hüquqa riayət etməli olduğunu demişik. Beynəlxalq hüquq prinsiplərində zəruri hallarda aviazərbələrin endirilməsi məsələsində məsafə faktoru nəzərə alınmayıb. Biz Ukraynaya “F-16” qırıcılarından özünümüdafiə məqsədilə istifadə etməyə, eləcə də Rusiya ərazisindəki aerodromlara zərbələr endirməyə icazə veririk”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR