Niderlandın Mastrixt şəhərinin səlahiyyətliləri Maas çayının sahilində yerləşən iki rayonun sakinlərinə gözlənilən daşqınla bağlı evlərini tərk etməyə çağırış ediblər.
APA TASS-a istinadən xəbər verir ki, təxliyənin mümkün qədər tez edilməsi bildirilib.
Əgər yerli sakinlərin digər ərazilərdə yaşayan yaxınlarına sığınmaları mümkün deyilsə, bələdiyyənin təşkil etdiyi qəbul mərkəzlərinə getmələri tövsiyə olunub.
Qeyd edək ki, bir neçə gündür ölkənin sözügedən ərazisində intensiv güclü yağış yağır.
Bir sıra çaylar məcralarından çıxıb. Almaniya və Belçika bölgələrində də çətin vəziyyət yaşanmaqdadır.
Almaniyada artıq 58-dən çox ölüm qeydə alınıb. Belçikada isə bu rəqəm 11-ə çatıb. Hər iki ölkədə çox sayda itkinlər var.
Niderlandda gözlənilən daşqınla bağlı 10 min insana xəbərdarlıq edilib
16 iyul 2021 05:13 (UTC +04:00)
Avropa
Dunay çayında motorlu qayıqla sərnişin gəmisi toqquşub, iki nəfər ölüb, beş nəfər itkin düşüb
15:35
19 may 2024
Zurabişvili Makronu Gürcüstana dəvət edib
12:33
19 may 2024
AEBA Zaporojye AES-ə hücumlara görə məsuliyyət daşıyanların adlarını hansı şərtlərlə açıqlayacaqlarını bildirib
09:59
19 may 2024
Ukrayna Donetsk vilayətində Rusiyanın “Su-25” hücum təyyarəsini vurub
03:48
19 may 2024