Norveç Avropa İttifaqının Barens dənizində qazma işlərinə moratorium tətbiq etmək planlarına baxmayaraq, neft və qaz yataqlarının işlənməsini davam etdirəcək.
Bu barədə Norveçin energetika naziri Terje Osland "Reuters"ə müsahibəsində bildirib.
O qeyd edib ki, hazırkı geosiyasi və təhlükəsizlik vəziyyətində Barens dənizində fəaliyyətin davam etdirilməsi həm Norveçin, həm də Avropanın maraqlarına uyğundur. Nazir yataqların işlənməsini Norveçin suveren hüququ adlandırıb.