Bank Of Baku

Norveç kralı infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib

Norveç kralı infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib
# 08 may 2023 12:21 (UTC +04:00)

Norveç kralı V Harald infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə kral sarayından məlumat verilib.

"Kral xəstəxanaya yerləşdirilib. Ona infeksiya diaqnozu qoyulub və bu səbəbdən bir neçə gün xəstəxanada qalacaq. Onun vəziyyəti stabildir", - məlumatda deyilir.

Kralın mayın 8-də qeyd olunan Norveçin alman işğalından azad edilməsi günü və Milli Veteranlar Günü tədbirlərində iştirak edəcəyi güman edilirdi, lakin xəstəlik səbəbindən ənənəvi olaraq təntənəli mərasimdə iştirak etməyəcək. Tədbirdə vəliəhd şahzadə Hokon iştirak edəcək.

V Haraldın 86 yaşı var. Sonuncu dəfə o, 2022-ci ilin avqustunda xəstəxanaya yerləşdirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR