Norveç Ukraynanın ərzaq təhlükəsizliyi üçün 21 milyon avro ayırıb

Norveç Ukraynanın ərzaq təhlükəsizliyi üçün 21 milyon avro ayırıb
# 30 noyabr 2023 21:41 (UTC +04:00)

Norveç Ümumdünya Ərzaq Proqramına, o cümlədən Ukraynadan gələn Taxıl humanitar ərzaq proqramına 200 milyon kron (17 milyon avro) ayırdığını elan etdi.

APA xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb.

Daha 50 milyon Norveç kronu (4,2 milyon avro) Dünya Bankının Ukrayna Fonduna köçürüləcək.

“Norveç Ukrayna xalqını dəstəkləməyə davam edəcək. Eyni zamanda, biz dünyada baş verən digər böhranları da nəzərdən qaçırmırıq. Nansen proqramı bizim bu səyləri necə birləşdirə bildiyimizin bir nümunəsidir”, - Norveçin xarici işlər naziri Espen Bart Eide bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR