Paşha Bank
Bank Of Baku

NYT: Ukraynanın hava hücumundan müdafiə sistemi ciddi böhranla üzləşib

NYT: Ukraynanın hava hücumundan müdafiə sistemi ciddi böhranla üzləşib
# 16 noyabr 2026 23:51 (UTC +04:00)

Ukraynanın hava hücumundan müdafiə sistemi raket ehtiyatlarının azalması səbəbindən ciddi çətinliklərlə üzləşib.

“The New York Times” qəzetinin mənbələrə istinadən məlumatına görə, Kiyev “Patriot” sistemləri üçün nəzərdə tutulan raketlərə qənaət etmək məcburiyyətində qalıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının Kommunikasiya İdarəsinin rəisi Yuri İqnat bildirib ki, hərbçilər hava hədəflərinin vurulması üçün əvvəllər tətbiq olunan standart taktikadan imtina ediblər.

Onun sözlərinə görə, həmin taktika hər bir hədəfə ən azı iki raketin buraxılmasını nəzərdə tuturdu.

“Biz artıq belə bir lüksə yol verə bilmərik”, – İqnat vurğulayıb.

Nəşr qeyd edir ki, raket ehtiyatlarının azalması Ukraynanın hava hücumlarından müdafiə imkanlarına ciddi təzyiq yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR