Orban: "Avropa məsuliyyətsiz şəkildə Ukrayna münaqişəsinə qarışır"

Orban: "Avropa məsuliyyətsiz şəkildə Ukrayna münaqişəsinə qarışır"
# 27 may 2024 00:29 (UTC +04:00)

Avropa məsuliyyətsiz şəkildə Ukrayna münaqişəsinə qarışır və bunun nə ilə nəticələnəcəyini hesablamır.

APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Patrióta” “YouTube” kanalına müsahibəsində bildirib.

“Avropa müharibəyə o qədər qarışır ki, hərbi məqsədinə çatmaq üçün lazım olan xərclər və vasitələrin hesablamalarından xəbəri yoxdur”, - Orban qeyd edib.

Orban bundan məsuliyyətsiz bir şey görmədiyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR