Bank Of Baku

Orban: Macarıstan Aİ–MERCOSUR sazişini ratifikasiya etməyəcək

Macarıstanın Baş naziri Viktor Orban

© APA | Macarıstanın Baş naziri Viktor Orban

# 21 yanvar 2026 06:48 (UTC +04:00)

Macarıstan bildirib ki, Avropa İttifaqı ilə Cənubi Amerika Ümumi Bazarı - MERCOSUR arasında azad ticarət sazişi Macarıstanda ratifikasiya olunmayacaq.

APA xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Onun sözlərinə görə, milli maraqların qorunmasına yönəlmiş hökumət hakimiyyətdə olduğu müddətdə Budapeşt bu sazişi təsdiqləməyəcək.

Orban Avropa Komissiyasını Aİ ölkələrinin vətəndaşlarını aldatmağa cəhd etməkdə ittiham edib.

“Macarıstanda milli hökumət mövcud olduğu müddətdə MERCOSUR ilə sazişi heç vaxt təsdiqləməyəcəyik”, — deyə Orban vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR