Bank Of Baku

Orban Ukrayna kəşfiyyatını Macarıstana sızmaqda ittiham edib

Macarıstan Baş naziri - Viktor Orban

© APA | Macarıstan Baş naziri - Viktor Orban

# 10 oktyabr 2025 13:32 (UTC +04:00)

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna kəşfiyyatını Macarıstana sızmaqda ittiham edib.

APA xəbər verir ki, o bu barədə özünün “X” hesabında paylaşım edib.

“Ukrayna Kəşfiyyat Xidməti sadəcə Macarıstana nəzarət etmir. O, Ukraynapərəst Tisza Partiyası vasitəsilə bura sızıb. Onlar ictimai həyata və siyasətə nüfuz ediblər, müttəfiqlərinə hakimiyyətə gəlməyə kömək etmək üçün texnoloji dəstək göstərirlər. Əvvəllər biz “ruslar artıq anbarın içindədir” deyirdiksə, indi deməliyik: “Ukraynalılar artıq sizin smartfonunuzdadır.” Biz buna göz yummayacağıq!” Orban vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR