Bank Of Baku

Rəsmi Tehran ABŞ-ın SEPAH-ı terror təşkilatı kimi tanıyacağına dair açıqlamaları şərh edib

Rəsmi Tehran ABŞ-ın SEPAH-ı terror təşkilatı kimi tanıyacağına dair açıqlamaları şərh edib
# 06 aprel 2019 14:33 (UTC +04:00)

İran rəsmi Vaşinqtonun İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) xarici terror təşkilatları siyahısına salacağı ilə bağlı açıqlamasına reaksiya verib.

ONA-nın Tehran bürosunun məlumatına görə, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyası və Xarici Siyasət Komitəsinin sədri Heşmətullah Fəlahət Pişe bildirib ki, ABŞ SEPAH-ı terror təşkilatları siyahısına salarsa, İran da o ölkənin ordusunu İŞİD terror təşkilatı ilə eyni görəcək və terror təşkilatları siyahısına əlavə edəcəklər.

Qeyd edək ki, ABŞ-ın "Wall Street Journal" nəşri Donald Tramp hökumətinin SEPAH-ı xarici terror təşkilatı kimi tanıyacağını yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR