Rusiyaya zorla köçürülən hər bir ukraynalının taleyini izləyirik.
APA xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Twitter"də bildirib.
“Vətəndaşlarımızı geri qaytarmaq üçün əlimizdən gələni edəcəyik, lakin bunun asan olmayacağını anlayırıq. Ukraynalıların vətənə qayıtması Rusiya ilə növbəti müharibə olacaq - vətəndaşlarımız üçün müharibə”, - Mixail Podolyak qeyd edib.