Bank Of Baku

Polşa Baş naziri Lvova gedib

Mateuş Moravietski

© APA | Mateuş Moravietski

# 19 aprel 2022 11:08 (UTC +04:00)

Polşa Baş naziri Mateuş Moravietski Ukraynanın Lvov şəhərinə gedib.

APA xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Polşa Baş nazirinin ofis rəhbəri Mixal Dvorzçik bildirib ki, Baş nazir ukraynalı məcburi köçkünlər üçün tikilən şəhərciyin açılışında iştirak edəcək.

“Polşa hökumətinin təşəbbüsü ilə Ukraynada məcburi köçkünlər üçün konteyner şəhərcikləri tikilir. Bu şəhərciklərdə Ukraynanın şərqindən Rusiya təcavüzündən qaçan qadınlar və uşaqlar sığınacaqlar. Onlardan birincisini bu gün Baş nazir açacaq”, - o deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR