Bank Of Baku

Polşa məhkəməsi Ukrayna vətəndaşının Almaniyaya ekstradisiyasına qarşı çıxıb

Polşa məhkəməsi Ukrayna vətəndaşının Almaniyaya ekstradisiyasına qarşı çıxıb
# 17 oktyabr 2025 18:09 (UTC +04:00)

Polşa məhkəməsi “Şimal Axını-2” boru kəmərini partlatmaqda ittiham olunan Ukrayna vətəndaşının Almaniyaya ekstradisiya olunmasından imtina edib, onu azadlığa buraxıb.

APA xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk özünün “X” hesabında bildirib.

Məhkəmə ittihamla əlaqədar dəlil çatışmazlığını əsas gətirib.

O, məhkəmənin qərarına haqq qazandırıb və bu məsələnin bağlandığını vurğulayıb.

Qeyd edək ki, Rusiya qazının Almaniyaya daşınması üçün nəzərdə tutulan “Şimal Axını-2” boru xətti 2022-ci ildə partladılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR