Polşa meşə yanğınlarının söndürülməsində Türkiyəyə kömək etməyə və əməliyyatlarda iştirak etmək üçün xilasetmə qrupu göndərməyə hazırdır.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda şəxsi “Twitter” səhifəsində yazıb.
“Mən Baş nazir Mateuş Moravetskiyə yanğın təyyarələri və helikopterlərə ehtiyacı olan Türkiyəyə dəstək verilməsi xahişi ilə müraciət etdim. Bizim yanğınsöndürənlərimiz tezliklə hadisə yerinə gedəcəklər”, - Duda belə deyib.
O, Türkiyənin Polşanın köməyinə arxalana biləcəyini vurğulayıb.