Polşa Rusiyanın Ukraynaya raket hücumları ilə əlaqədar hərbi təyyarələrini havaya qaldırıb.
APA xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələri “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, tədbirlər qabaqlayıcı xarakter daşıyır və ölkənin hava məkanının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Hərbi tədbirlər əsasən Ukrayna ilə sərhədə yaxın ərazilərdə həyata keçirilir.
Polşanın Hava Naviqasiya Xidmətinin məlumatına görə, hərbi təyyarələrin maneəsiz fəaliyyətini təmin etmək üçün Lyublin və Jeşuv şəhərlərindəki hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.