Bank Of Baku

Polşa Ukraynaya 100 milyon dollar ayıracaq

Polşanın Xarici İşlər naziri Radoslav Sikorski

© APA | Polşanın Xarici İşlər naziri Radoslav Sikorski

# 20 noyabr 2025 16:42 (UTC +04:00)

Polşa, ABŞ və NATO-nun təşəbbüsü olan Prioritetləşdirilmiş Ukrayna Tələblər Siyahısı (Prioritized Ukraine Requirements List - PURL) proqramı çərçivəsində Ukraynaya hərbi yardım və ABŞ silahlarının alınması üçün 100 milyon dollar ayıracaq.

APA xəbər verir ki, bu barədə “RBC-Ukrayna” Polşanın xarici işlər naziri Radoslav Sikorskiyə istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, vəsait 2025-ci ilin sonunadək ayrılacaq və Ukraynanın Amerika silahlarını əldə etməsini maliyyələşdirəcək.

Sikorski həmçinin ABŞ-ın Ukraynadakı müharibəni dayandırmaq üçün təqdim etdiyi “sülh planına” münasibət bildirib. O qeyd edib ki, Avropa qərarların qəbulunda iştirak etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR