Bank Of Baku

Polşa Ukraynaya göndərdiyi T-72 tanklarının sayını açıqlayıb

Polşa Ukraynaya göndərdiyi T-72 tanklarının sayını açıqlayıb
# 13 fevral 2023 19:48 (UTC +04:00)

Polşa indiyə qədər Ukraynaya göndərdiyi T-72 tanklarının sayını açıqlayıb.

APA xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravietski Stokholmda isveçli həmkarı Kristerssonla keçirdiyi mətbuat konfransı zamanı deyib.

Baş nazirin sözlərinə görə, Polşa Ukraynaya 250 T-72 tankı tədarük edib və daha 60 modernləşdirilmiş T-72 və PT-91 "Tvardi" və 14 "Leopard" tankı göndərməyə hazırlaşır.

Polşa hökumət başçısı bildirib ki, onun ölkəsi fəal şəkildə Ukraynaya dəstək verməyə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR