Polşa axtarış-xilasetmə qrupu ən azı fevralın 16-dək Türkiyədə qalacaq.
APA xəbər verir ki, bunu Polşa Dövlət Yanğından Mühafizə Xidmətinin rəhbəri Andrzej Bartkoviak bildirib.
Onun sözlərinə görə, əməliyyatın uzadılması barədə qərar Türkiyə və Polşa rəsmiləri arasında məsləhətləşmədən sonra qəbul edilib.
"İnsanları sağ xilas etmək üçün hələ şans var", - Andrzej Bartkoviak vurğulayıb.