Bank Of Baku

Polşa Yermakın evində aparılan axtarışla bağlı Ukraynadan izahat gözləyir

Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış

© APA | Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış

# 28 noyabr 2025 17:16 (UTC +04:00)

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakın evində antikorrupsiya orqanları tərəfindən aparılan axtarış barəsində izahat gözləyirik.

APA xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış keçirdiyi brifinqdə deyib.

Nazir qeyd edib ki, Polşanın Ukraynaya dəstək strategiyası dəyişməzdir: “Polşanın Ukraynaya dəstək strategiyası dəyişməz qalır, çünki Polşanın təhlükəsizliyi məhz burada dayanır”.

O, həmçinin antikorrupsiya siyasətində şəffaflığın vacibliyini vurğulayıb.

“Ukrayna çətin bir dövr yaşayır və hakimiyyətin başında mümkün korrupsiya məsələsi mövcud sülh danışıqlarına mane olur”, - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR