Düşünürəm ki, Avropa ötənilki səhvini təkrarlamayacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Qranadada keçirilən 3-cü Avropa Siyasi İcması sammitində iştirak edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, Gürcüstana Aİ namizədi statusunun verilməsi məsələsində tərəflər bir-biri ilə öz arqumentlərini Aİ ilə bölüşüb.
“Mənim əsas arqumentim budur ki, ölkə bütün istiqamətlərdə nəzərəçarpan nəticələr əldə edib. Biz ötən il namizəd statusu almış Ukrayna, Moldova, Bosniya-Hersoqovinadan irəlidəyik. Biz ədalətsizliyə göz yummayacağıq”, - Baş nazir deyib.
Qaribaşvili Aİ-də, sağlam və strateji düşüncənin, rasionallığın qalib gələcəyinə inandığını deyib.