Bank Of Baku

Qazaxıstanda sərnişin avtobusu aşıb, 11 nəfər ölüb

Qazaxıstanda sərnişin avtobusu aşıb, 11 nəfər ölüb
# 20 aprel 2019 12:34 (UTC +04:00)

Qazaxıstanda sərnişin avtobusu aşıb.

ONA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Yol-nəqliyyat hadisəsi səhər saat 5 radələrində, Cambul vilayətinin Korday rayonunda, Alma-Ata – Daşkənd avtomobil yolunun 181-ci kilometrliyində baş verib. “Toyota Camry” markalı avtomobil yolun qırağında dayanmış yük maşınına çırpılıb. Hərəkətdə olan avtobusun sürücüsü isə onlarla toqquşmamaq üçün manevr edib, nəticədə avtobus aşıb.

Qəza nəticəsində 8 nəfər hadisə yerində, 3 nəfər isə xəstəxanada ölüb. Onların hamısı Özbəkistan vətəndaşlarıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR