Bank Of Baku

Qərbin Ukraynaya verdiyi F-16 qırıcılarından biri qəzaya uğrayıb

Qərbin Ukraynaya verdiyi F-16 qırıcılarından biri qəzaya uğrayıb
# 29 avqust 2024 18:57 (UTC +04:00)

Qərbdən Ukraynaya verilən ilk F-16 təyyarələrindən biri qəzaya uğrayıb.

APA bu barədə “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir.

Qəzet yazır ki, əldə olunan kəşfiyyat məlumatları qırıcının Rusiya tərəfindən atılan raketlə vurulduğunu təsdiqləməyib.

İlkin araşdırmalarla təyyarənin pilotun səhvi nəticəsində yerə çırpıldığı müəyyən olunub. Onun taleyi ilə bağlı informasiya verilməyib.

Xatırladaq ki, Ukrayna hələlik 6 ədəd F-16 təyarəsi alıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR