Sentyabrın 25-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin Baş Konfransı 2023-cü il dekabrın əvvəlindən Rafael Mariano Qrossinin növbəti dörd il üçün agentliyin baş direktoru təyin edilməsini dəstəkləyib.
APA-nın məlumatına görə, konfransda Qrossinin Ukraynada nüvə təhlükəsizliyi və təhlükəsizliyin təmin edilməsi istiqamətində səyləri qeyd olunub.
Qeyd edək ki, Qrossi ilk mandatı 2 dekabr 2019-cu ildə başlayıb. Onun ikinci səlahiyyət müddəti bu il dekabrın 3-də başlayır və 2027-ci il dekabrın 2-dək davam edəcək. O, 1957-ci ildə AEBA-nın yaradılmasından sonra altıncı baş direktordur.