Bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossi Rusiyanın Kalininqrad şəhərində “Rosatom”un baş direktoru Aleksey Lixaçev və Rusiyanın digər yüksək rütbəli Rusiya rəsmiləri ilə görüşüb.
APA xəbər verir ki, o, öz “Twitter” səhifəsində məlumat verib.
Qrossi keçirdiyi görüşləri çox mühüm adlandırıb.
O, Rusiya tərəfi ilə Ukraynanın Çernobıl Atom Elektrik Stansiyasında (AES) baş verən son hadisələri və digər məsələləri müzakirə etdiyini qeyd edib.