Bank Of Baku

Qrossi: "Rusiya qoşunlarının Ukraynadakı AES-lərdən çıxarılması müzakirə olunmalıdır"

Rafael Qrossi

© APA | Rafael Qrossi

# 30 mart 2022 17:34 (UTC +04:00)

Rusiya ordusunun Ukraynanın Çernobıl və Zaporojye Atom Elektrik Stansiyalarının (AES) ərazilərindən çıxarılması məsələsinə müxtəlif səviyyələrdə, xüsusən də Ukrayna və Rusiya arasında danışıqlarda baxılmalıdır.

APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi deyib.

“Bu məsələyə müxtəlif səviyyələrdə baxmaq lazımdır. Biz, əlbəttə ki, ümid edirik ki, atəşkəs çox yaxındır və Ukrayna ilə Rusiya arasında gedən danışıqlar sülhə töhfə verəcək. Ümid edirəm ki, dünyanın hər yerindən jurnalistlərin yazıları və çoxsaylı sualları diqqəti Ukrayna ətrafına cəlb edəcək və burada baş verənləri heç kim unutmayacaq”, - o bildirib.

Qrossi qeyd edib ki, səfəri zamanı Ukrayna rəsmiləri ilə bu ölkəyə dəstək və yardım məsələlərini müzakirə edəcək: “Bir çox ölkələrin nümayəndələri təşkilatımız vasitəsilə dəstək göstərmək təklifləri ilə bizə müraciət ediblər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR