Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynanın Donetsk regionunun Mariupol şəhərindədir.
APA xəbər verir ki, bu barədə "Unian.net" saytı “Operativnıe svodki” Telegram kanalına istinadən məlumat yayıb.
Bildirilib ki, Ramzan Kadırov Mariupoldadır və özü şəxsən "xüsusi əməliyyat"a rəhbərlik edir.
Telegram kanalında Kadırovun Rusiyanın 8-ci ordusunun komandanı general Andrey Mordviçevlə görüşməsinin kadrları da paylaşılıb.
Kadırov isə özünün Telegram kanalında bu barədə məlumat verməyib, lakin şəhərdə hərbi əməliyyatlar barəsində paylaşım edib.