Bank Of Baku

Rəsmi Tehran ABŞ-la müharibə ehtimalını istisna edir

Rəsmi Tehran ABŞ-la müharibə ehtimalını istisna edir
# 15 may 2019 00:55 (UTC +04:00)

İranın Ali dini lideri Ayətullah Seyid Əli Xamenei ABŞ-la İran arasında gərginliyin yaranmasına baxmayaraq, hər hansı müharibə ehtimalinı istisna edir.

ONA-nın Tehran bürosunun məlumatına görə, Xamenei rəsmi Vaşinqtonla hər hansı danışıqların mümkünlüyünü də istisna edib və bildirib ki, "ABŞ-la müzakirə zəhərdir", Vaşinqton İran xalqına qarşı düşmən mövqeyində olduğu müddətdə belə danışıqların olması mümkün deyil.

“ABŞ-ın bu gün istədiyi İranın müdafiə gücünü və ya regional strateji maraqlarını azaltmaqdır”, - deyə ölkənin idarəedici, qanunverisi və məhkəmə sistemlərinin rəhbərləri, eləcə də digər yüksək rütbəli məmurlarla görüşən Xamenei bildirib.

Dini liderin sözlərinə görə, ABŞ-la İran arasında istənilən qarşıdurma iradələr qarşıdurması olacaq və heç bir müharibə olmayacaq: "İran xalqı üçün yeganə yol ABŞ-a müqavimət ola bilər və bu müqavimət qarşısında ABŞ geri çəkilməli olacaq. Həm biz, həm də onlar bilir ki, müharibə onların maraqlarında deyil".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR