Bank Of Baku

“Reuters”: Bayden Polşadakı partlayışa Ukrayna HHM sistemlərinin səbəb olduğunu bildirib

Co Bayden

© APA | Co Bayden

# 16 noyabr 2022 15:07 (UTC +04:00)

ABŞ Prezidenti Co Bayden G7 və NATO tərəfdaşlarına Polşanın şərqindəki raket partlayışına Ukrayna Hava Hücumundan Müdafiə (HHM) sistemlərinin səbəb olduğunu deyib.

APA xəbər verir ki, bu barədə “Reuters”ə adı açıqlanmayan NATO rəsmisi bildirib.

Qeyd edək ki, insident nəticəsində iki nəfər həlak olub.

Hadisəyə görə Ukrayna Rusiyanı günahlandırıb, Rusiya isə Polşaya raket zərbəsi endirməsi ilə bağlı xəbərləri təkzib edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR