Bank Of Baku

Reznikov “Storm Shadow” raketlərinin istifadə olunduğunu təsdiqləyib

Reznikov “Storm Shadow” raketlərinin istifadə olunduğunu təsdiqləyib
# 24 may 2023 17:42 (UTC +04:00)

Ukraynanın müdafiə naziri Aleksey Reznikov Böyük Britaniyadan alınan “Storm Shadow” raketlərinin istifadə olunduğunu təsdiqləyib.

APA xəbər verir ki, bu barədə nazir “Twitter”də yazıb.

O qeyd edib ki, Böyük Britaniyadan olan həmkarı dostum Ben Uolleslə Kiyevdə görüş keçirib.

“Biz Ukraynanın müdafiə qabiliyyətinin artırılması, xüsusilə ordumuzun “Storm Shadow” kimi uzaq mənzilli silahlarla təmin edilməsi üçün prioritetlərə yönələn çoxtərəfli müzakirələr apardıq.

Görüş zamanı həmçinin, Ukraynanın NATO-ya daxil olması perspektivlərini və Prezident Vladimir Zelenskinin təqdim etdiyi “Sülh Formulası”nda qeyd olunduğu kimi Avropada gələcək sülh və sabitliyə baxışımızı müzakirə etdik”, - deyə ukraynalı nazir bildirib.

Reznikov həmçinin, Britaniya hökumətinə və xalqına ilk gündən Ukraynanın yanında olduqları üçün minnətdarlığını bildirib:

“Biz birlikdə qalib gələcəyik!”.

Ukraynalı pilotların Böyük Britaniyada təlim keçərək “Storm Shadow” raketlərindən uğurla istifadə etməsi də xüsusilə vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR