Bank Of Baku

Roma Papası İsrailin Qəzzadakı hərbi əməliyyatlarını "soyqırımı" kimi tanımır

Roma Papası-XIV Leo

© APA | Roma Papası-XIV Leo

# 18 sentyabr 2025 14:36 (UTC +04:00)

Vatikan İsrailin Qəzzadakı hərbi əməliyyatlarını soyqırımı kimi tanımır.

APA xəbər verir ki, bunu Roma Papası Leo “Papa XIV Leo: Qlobal vətəndaş, XXI əsrin missioneri” kitabı üçün verdiyi müsahibədə deyib.

Müsahibə iyul ayında amerikalı jurnalist Eliz An tərəfindən alınıb, Papanın fikirləri bu gün nəşr olunan kitabda qeyd olunub.

“Soyqırımı” sözü getdikcə daha çox gündəmə gətirilir. Rəsmi olaraq Vatikan hazırda bu məsələ ilə bağlı hər hansı bir bəyanat vermək fikrində deyil”, - Papa Leo qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR