Bank Of Baku

Rumıniya Moldovanın yeganə ticarət limanını alacaq

Rumıniya Moldovanın yeganə ticarət limanını alacaq
# 28 avqust 2024 11:35 (UTC +04:00)

Rumıniya Moldovanın yeganə dəniz ticarət logistika mərkəzi olan “Giurgiuleşti” limanını alacaq.

APA-nın məlumatına görə, bu barədə “Romania Libera” qəzeti məlumat yayıb.

Bildirilib ki, bu məsələ ölkənin Nazirlər Kabinetinin bugünkü iclasında müzakirəyə çıxarılacaq. Bununla belə sövdələşmənin dəyəri açıqlanmayıb.

Hazırda bu limanın idarəçiliyini Avropa Yenidənqurma və İnkişaf Bankına məxsus “Danube Logistics SRL” şirkəti həyata keçirir.

Qeyd edək ki, Dunay çayının sahil zonasındakı 480 metrlik ərazi də sözü gedən limanın tərkibində daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR