Bank Of Baku

Rumıniya ukraynalı pilotların hazırlanması üçün maliyyə ayrılmasını təsdiqləyib

Rumıniya ukraynalı pilotların hazırlanması üçün maliyyə ayrılmasını təsdiqləyib
# 17 oktyabr 2024 00:01 (UTC +04:00)

Rumıniya hökuməti F-16 qırıcılarını idarə etmək məqsədilə ukraynalı pilotların təlimi üçün hüquqi prosedurları və şərtləri müəyyən edən təcili qətnamə qəbul edib.

APA xəbər verir ki, bu barədə hökumətin mətbuat katibi Mixay Konstantin məlumat verib.

"Rumıniya hökuməti F-16 təyyarələrini idarə edəcək ukraynalı personalın təlimi üçün qanuni prosedurları və şərtləri təsdiqləyib", - deyə o bildirib.

Məlumatda həmçinin təlimin Feteşti şəhərindəki 86-cı aviabazada keçiriləcəyi də qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR