Bank Of Baku

Rus qoşunları Xersonu atəşə tutub: ölənlər və yaralananlar var

Rus qoşunları Xersonu atəşə tutub: ölənlər və yaralananlar var
# 29 aprel 2023 03:42 (UTC +04:00)

Rus qoşunları Xerson bölgəsini atəşə tutub. Hücum nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bu barədə Xerson vilayət hərbi administrasiyası məlumat yayıb.Bir neçə fərdi evə də ziyan dəyib, mərmilərin düşdüyü yerlərdə yanğınlar başlayıb.

“Təəssüf ki, bir nəfər həlak oldu. Yanğın söndürüldükdən sonra yaşayış əlaməti olmayan 57 yaşlı qadının meyiti yaşadığı evin dağıntıları altından tapılıb.

Daha 3 nəfərin yaralandığı bildirilir. O cümlədən, 2 nəfərə həkimlər tərəfindən yerində yardım edilib, daha bir nəfər isə qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR